Klassik Gimnaziyanın şagirdləri Alman-Azərbaycan Xarici Ticarət Palatasında olublar

14:35 27.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Bakıdakı 160 nömrəli Klassik Gimnaziyanın 10 və 11-ci sinif şagirdləri Alman-Azərbaycan Xarici Ticarət Palatasında (AHK) olublar.
Hafta.az-ın yazdığına görə, şagirdlər "AHK Azərbaycan"ın icraçı direktoru Tobias Baumann və peşə təhsili şöbəsinin müdiri Dr. Maqnus Müller tərəfindən qəbul ediliblər.
Gimnaziya Azərbaycanda alman dili dərsləri ilə yanaşı Mədəniyyət Nazirlərinin Daimi Konfransının "Alman Dili Diplomu" (DSD) üçün beynəlxalq imtahanına hazırlıq kursları təklif edən azsaylı məktəblərdən biridir. Məktəbi bitirənlər DSD imtahanından keçdikdən sonra Almaniyada təhsil almaq imkanı əldə edirlər.
"AHK Azərbaycan“ maraq göstərən şagirdlərlə Almaniya - Azərbaycan iqtisadi əlaqələrinə dair müzakirə aparmaq imkanınına görə çox şad olub. Beynəlxalq iqtisadiyyat və onun maraqlı karyera imkanları ilə tanışlıq gənclərə öz peşə seçimləri ilə bağlı mühüm qərarlar verməkdə dəstək olmaq məqsədini daşıyır.