“Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir

10:37 06.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.

Tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Yeni Kaledoniya parlamentinin sədri Rock Wamytan, Fransız Polineziyası Assambleyasının prezidenti Antony Geros, Fransa Milli Assambleyasının deputatı Jean-Victor Castor və digər şəxslər iştirak edirlər.

Tədbir iştirakçıları Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində müzakirələr aparacaq.

Tədbirin sonunda yekun bəyannamə qəbul olunacaq.

Siyasət rubrikasından digər xəbərlər