Konstansada Krım tatarlarının taleyindən bəhs edən kitabının təqdimatı olacaq

11:28 18.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 25-də Rumıniyanın Konstansa şəhərində yerləşən Ovidius Universitetində “Bir Zamanlar Dobrucada: İki Dünya Müharibəsi Arasında Krım Tatar Milli Hərəkatı” kitabının təqdimat-sərgisi keçiriləcək.

Hafta.az-ın yazdığına görə, kitabın yazılması və çapı Xaricdə Yaşayan Türklər və Qohum İcmalar Birliyi (YTB) tərəfindən dəstəklənib.

Kitabın müəllifləri Ankara Sosial Elmlər Universiteti Siyasi Elmlər və Dövlət İdarəçiliyi bölümünün doktoru Filiz Tutku Aydın Bezikoğlu, Konstanta Ovidius Universitetinin doktoru Mətin Ömər və Varşava Universitetinin doktorantı Edigə Burak Atmaca kitabı 25-27 sentyabr tarixlərində Ovidius Universitetində keçiriləcək Pontica Konfransında təqdim edəcəklər.

Konfrans mərkəzində kitab üçün toplanmış arxiv fotoşəkillərindən fotosərgi də yaradılacaq. Sentyabrın 25-də saat 12.00-da açılacaq sərgi sentyabrın 27-dək universitetdə ziyarətçilərə açıq olacaq.

Türk, rumın və ingilis dillərində üç dildə hazırlanan kitab Rumıniya və Bolqarıstanda müharibələrarası dövrdə yoxa çıxan Krım tatar milli hərəkatının fotoşəkillərinin şəxsi arxivlərdən müəyyənləşdirilərək təqdim edilməsi ilə hazırlanıb. Bu baxımdan Krım tatarlarının milli yaddaşının qorunub saxlanmasına mühüm töhfə verir.

Krım tatarlarının transsərhəd siyasi əməkdaşlığından, bu sahədə aparıcı mütəxəssisləri bir araya gətirməsindən və özündə ehtiva edən ilkin mənbələrdən bəhs edən unikal mövzusu ilə unikal bir araşdırmadır.