Konsul Salonikidə Azərbaycan diasporununun ofisini ziyarət edib

10:45 22.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Yunanıstandakı səfirliyinə yeni təyin olunmuş konsul Qafqaz Aslansoy Saloniki şəhərində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisini ziyarət edərək, burada yaşayan soydaşlarımızla görüş keçirib.

Hafta.az-ın yazdığına görə, müzakirələrdə dövlət rəsmisi Salonikidə yaşayan azərbaycanlıların fəaliyyətləri və onları narahat edən məsələlərlə maraqlanıb, “QALA” Cəmiyyəti ilə əməldaşlığın əhəmiyyətini vurğulayıb.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti rəhbərliyi də. öz növbəsində konsul Q.Aslansoya fəaliyyətində uğurlar arzulayıb, produktiv görüş və cəmiyyətin ofisinə təqdim etdiyi hədiyyələr üçün təşəkkürünü bildirib.