Antikorlara bənzər köpək balıqlarının immun sistemindən olan zülallar insan hüceyrələrinin koronavirus və əlaqəli viruslarla yoluxmasının qarşısını almağa qadirdir. Hafta.az RİA "Novosti"yə istinadən xəbər verir ki, tədqiqatı Medisondakı Viskonsin Universitetinin alimləri aparıblar.
Onlar köpəkbalıqlarının immun sistemlərində olan antikora bənzər zülalları (VNAR) tədqiq ediblər. Alimlərin fikrincə, zülallar insanlarda hələ sınaqdan keçirilməyib və tezliklə insanları müalicə etmək üçün əlçatan olmayacaq, lakin onlar gələcək koronavirus epidemiyalarına hazırlaşmağa kömək edəcəklər. Mutasyona uğrayan viruslara qarşı effektivliyi artırmaq üçün bir neçə VNAR növünün qarışığı istifadə edilə bilər.
Tədqiqat müəlliflərinin fikrincə, köpək balığı materialından hazırlanan yeni dərman növü insan anticisimlərindən daha ucuz və istehsalı asan olacaq. Həmçinin, köpəkbalığı zülallarına əsaslanan preparatlar, immuniteti zəifləmiş, bədəni peyvəndlərə düzgün cavab verməyən insanlar üçün xüsusilə faydalı olacaqdır.