Koronavirus sağalan insanların hüceyrələrində gizlənib? - İddia

14:51 14.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası dünyanı çökdürməyə davam etməkdədir. Artıq 2 milyona yaxın insan bu virusa yoluxub. Amma son vaxtlar bəzi ölkələrdə koronavirusa qarşı vaksinin tapılması yönümündə qazanılan uğurlar hər kəsdə ümid oyatmaqdadır. Bu ölkələrdən biri də Cənubi Koreyadır.

Qəribədir ki, Cənubi Koreyada koronavirusa tutulmuş 51 nəfər müalicə edilərək evə buraxlsa da, onların sonradan yenidən həmin xəstəliyə tutulduqları üzə çıxıb. Koreyalı alimlərin fikrincə, ölümcül viruslar müalicə dövründə çox güman ki, hüceyrələrdə gizlənə biliblər və sonradan aktivləşiblər. Hansı ki, ingilis alimlər sözügedən 51 nəfərin sağaldığını təsdiqləyən testlərin sadəcə düzgün aparılmadığını demişdi. East Anglia Universitetinin keçici xəstəliklər sahəsində professor Paul Hunter, "Həmin 51 nəfərin yenidən yoluxmaması barədə fikirlərə şərikəm. Ancaq virusun hüceyrələrdə gizlənib, testlər düzgün qoyulmayıb, tam sağalmayan adamlar evə buraxılıb” deyib. Professor Hunter, ənənəvi koronavirus testlərinin 20-30 faiz yanlış test edildiyini də vurğulayıb.
Bu arada, rəsmi Seuldan verilən açıqlamalarda koronavirusu yendiyi bildirilən daha 116 xəstədə həmin virus aşkarlanıb.

Qeyd edək ki, Donald Trampın istəyi ilə, Cənubi Koreya hökuməti bu gün ABŞ-a 600 min koronavirus test vasitəsi göndəriləcəyini açıqlamışdı.

Hazırlanan dərmanların o qədər də etibarlı olmadığını görən Cənubi Koreya hökuməti əhalini aprelin 19-dək karantin rejiminin tələblərinə əməl etməyə çağırıb. Hökumət bildirib ki, gedərək azalan ölüm sayı və havaların qızması səbəbindən insanlar daha çox evdən çıxmağa çalışırlar. Dünən baş nazir Çung Sye-kyun fəlakətlə bağlı keçirdiyi iclasda bildirib ki, insanların evdən çıxmaması, hər cür toplantıların təxirə salınması, sadəcə vacib olduğu halda evi tərk etməsi lazımdır.

Məlumat üçün deyək ki, bu günədək Cənubi Koreyada 10565 koronavirus daşıyıcısı var ki, onlardan 222 nəfəri yaşamını itirib.