Koronavirus təhlükəsi ilə bağlı təhsil müəssisələrin bağlanması haqda qərar yoxdur - Nazirlik

12:23 02.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Təhsil Naziliyi koronavitusla bağlı müvafiq tapşırıqlar alıb. Məktəblərdə aktiv marifləndirmə aparılır. Bu sahəyə nəzarətin gücləndirilməsi gedir. Yüzlərlə məktəblərdə dezinfeksiya işləri aparılır. Məktəblərdə kütləvi tədbirlərin miqyasının məhdudlaşdırılması tövsiyə olunub.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bu fikirləri keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. 

Onun sözlərinə görə, iki gün öncə Təhsil Nazirliyində operativ qərargah yaradılıb: 

"Rayon təhsil şöbələrində, bütün təhsil müəssisələrində koronavirus xəstəliyi ilə bağlı 24 saat çalışan qərargah fəaliyyət göstərir. Ən çox müzakirə olunan məsələ təhsil müəssisələrinin bağlanması məsələsidir. Bütün təhsil müəssisələrin bağlanması hələ ki, belə qərar yoxdur. Hər hansı bir qərar olarsa ilk media biləcək".