Koronavirus xəstələrinin ÖLÜM SƏBƏBİ TAPILDI

16:00 31.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ümumi qəbul edilmiş versiyaya görə, koronavirus xəstəsi yoluxucu infeksiyalar və ya otoimmün reaksiya nəticəsində ölür. Ancaq New York Universitetindən olan mütəxəssislər bunun belə olmadığını sübut ediblər.

Hafta.az xəbər verir ki, araşdırmaların nəticələri ilə bağlı material Nature Microbiology jurnalındadərc olunub.

Alimlər süni tənəffüs aparatına qoşulmuş 589 xəstənin ağciyər tərkibinin nümunələrini araşdırdılar və eyni zamanda bronxoskopiyadan keçən 142 xəstənin aşağı tənəffüs yollarından nümunələr əldə edə biliblər. Həkimlər nümunələrin mikrob tərkibini təyin ediblər və immun hüceyrələrin vəziyyətini də öyrəniblər.

Ölən tədqiqat iştirakçılarında, aşağı tənəffüs yollarında viral hissəciklərin sayının sağ qalanlardan orta hesabla 10 dəfə çox olduğu və yeni mikrobları "xatırlamaq" və bədəni onlara qarşı hazırlayan vacib zülal istehsalının sağ qalanlarla müqayisədə 50% az istehsal olunduğu müəyyənləşib.
Eyni zamanda, alimlər ölənlərin və sağ qalanların nümunələrində bakteriya və göbələklərin tərkibində nəzərəçarpacaq bir fərq tapmayıblar və əhəmiyyətli otoimmün reaksiyaları da aşkarlanmayıb.

Araşdırmalar nəticəsində müəyyənləşib ki, COVID-19-dan ölüm səbəbinin əslində koronavirusun özünə ağciyərlərdə yer etməsi və infeksiyanın böyük əksəriyyətinin buraya toplanmasıdır. Eyni zamanda, bu amil adaptiv immunitetin formalaşmasına da ciddi maneə yaradır.