Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqi zamanı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirdi ki, Azərbaycanda bütün müalicə protokollarından istifadə etmək üçün imkan var:
"Koronavirusdan sağalmış şəxslərdən plazma ayrılaraq xəstə insanlara tətbiq edilməsinə gələn həftədən başlanılacaq: “Sağalan insanın plazmasında “COVİD-19″a qarşı anticisimlər olur. Həmin şəxslərin yan xəstəlikləri yoxdursa, onların plazmasını ağır xəstələrə, süni tənəffüs aparatına qoşulanlara köçürmək olar".
Hazırda bu proseslə bağlı son məlumatlarla əlaqədar TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə əlaqə saxladıq.
O, hafta.az-a açıqlamasında bildirdi ki, bununla bağlı Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutunda işlər aparılır: "Biz onlardan cavab gözləyirik. Onlar prosesi apardıqdan sonra bizə məlumat göndəriləcək. TƏBİB bundan sonra mətbuata məlumat verəcək. Yəqin ki, çox yaxında biz ətraflı məluat verə biləcəyik".