Koronavirus xəstəsi bazar ərazisində saxlanılıb

18:00 12.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon sakini Ə.Ağayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Ə.Ağayevin xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Ə.Ağayev “Köhnə bazar” adlanan ərazidə aşkarlanıb. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.