Koronavirusa görə Azərbaycana əlavə testlərin gətirilməsi nəzərdə tutulur

22:24 23.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycana koronavirusa görə əlavə testlərin gətirilməsi nəzərdə tutulur.

Hafta.az xəbər verir ki, bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini əlavə edib ki, Azərbaycanda kifayət qədər test var:

"Azərbaycana Türkiyədən və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə testlər gətirilib. Daha dəqiq PSR metodu ilə analizlərin aparılmasına üstünlük veririk".