Koronavirusa qarşı peyvənd olunan yeniyetmələrin sayı

15:21 02.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bugünə qədər 439 nəfər yeniyetmə vaksinasiyada iştirak edib.

Səhiyyə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb.

Yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.