Klivlend Klinikasının alimləri müəyyən ediblər ki, yuxu pozğunluğu olan insanlar koronavirusu daha ağır keçirir. Onların arasında ölüm və xəstəxanaya yerləşdirmə nisbəti 31%-ə çatır. Hafta.az xəbər verir ki, bu barədə MedicalXpress məlumat yayıb.
Rina Meranın rəhbərlik etdiyi tədqiqat qrupu Klivlend Klinikasında 5400 xəstənin məlumatlarını təhlil edib. Nəticədə məlum olub ki, yuxu zamanı tənəffüs pozğunluğu və hipoksiyası olan xəstələrdə CoViD-19-un inkişaf riski artmasa da, onlar xəstəliyin klinik proqnozu daha pisdir.
"CoViD-19 pandemiyası davam etdiyi bir zamanda virusun xəstədən xəstəyə çox dəyişkən formada keçməsi səbəbindən resursları lazımi şəkildə bölüşdürə bilməmiz üçün kimin daha ağır xəstəliyə tutulacağını proqnozlaşdırmaq qabiliyyətimizi təkmilləşdirməmiz vacibdir", - Dr. Mera bildirib.