Koronavirusla mübarizə üçün xarici ölkələrlə təcrübə mübadiləsi məqsədilə Çin təmsilçiləri ilə 6 ölkənin - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Türkmənistan və Ermənistanın nümayəndələri arasında videokonfrans keçirilib.

Hafta.az yazır ki, videokonfransda Çin tərəfdən Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin direktoru, akademik Qao Fu, Baş epidemioloq U Szun Yu, Pekin Universitet Xəstəxanasının baş həkimi və yoluxucu xəstəliklər şöbəsinin müdiri Van Quytsyan, Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya Departamentinin direktor müavini Yuy Syuzn, Fövqəladə Hallar, Səhiyyə, İqtisadiyyat, Gömrük və digər Departamentlərin əməkdaşları iştirak ediblər. Azərbaycan tərəfini Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Asiya, Afrika və Okeaniya ölkələri ilə iş sektorunun müdiri Səadət Rəhimli, Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Eldar Səlimov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Qulu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev, Xəstəliklərin Nəzarəti və Profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin mikrobiologiya mütəxəssisi Qumral Ələkbərova, Çinin ölkəmizdəki səfirliyinin Siyasi məsələlər üzrə şöbəsinin rəhbəri Xu Qinq, səfirliyin Attaşesi Şi Fanq və digər nümayəndələr təmsil edib.
Çinli ekspertlər ölkələrində koronavirus epidemiyası ilə bağlı mübarizə haqqında təqdimat edib və digər ölkə ekspertlərinə öz tövsiyələrini veriblər. Görüş 6 ölkənin nümayəndələrini maraqlandıran sualların çinli ekspertlər tərəfindən cavablandırılması ilə davam edib.