Kraliça II Elizabet Britaniyanın müxtəlif nöqtələrində anılıb

22:19 09.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kraliça II Elizabet Böyük Britaniyanın müxtəlif nöqtələrində atılan top atəşi ilə anılıb.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərasim Londonun məşhur Hayd parkında və London Qülləsində baş tutub.

Bundan əlavə, Şotlandiyanın Edinburq və Uelsdəki Kardiff qəsrlərindən, həmçinin Britaniya ərazisi olan Cəbəllütariqdə də artilleriya atəşi açılıb.

Yerli vaxtla saat 20:00-da Kraliça II Elizabetin Müqəddəs Pavel Katedralında anım mərasimi keçiriləcək.