Yazını böyüt
Yazını kiçilt
Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatının məqsədlərinə Kiyevlə danışıqlar yolu ilə nail ola bilər.
Belə ki, o, Ukrayna prezidenti Vladimir Zelenskinin Moskvanın “Kiyevlə sülhə can atmır, nəfəs almaq üçün Ukrayna hakimiyyəti ilə danışıqlara can atması” sözlərini şərh edib. Peskovdan bunun doğru olub-olmadığını soruşduqda o, cavabında belə deyib: “Rusiya öz məqsədlərinə çatmaq istəyir və o, onlara nail olacaq”.
Jurnalistlərin Ukraynada hakimiyyətin dəyişdirilməsinin xüsusi əməliyyatın məqsədlərindən biri olub-olmaması ilə bağlı sualına Peskov belə cavab verib: “Xeyr, prezident artıq bu barədə danışıb”.