Kremlin yanındakı "Four Seasons" oteli ictimailəşdirilir

09:46 17.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvanın icra məhkəməsi Kremlə bitişik “Four Seasons” otelinə məxsus binanın bir hissəsinin müsadirə edilməsini istəyib.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, məhkəmə “Yurqa” bankının keçmiş sahibi Aleksey Hotinə məxsus “Modnıy Sezon” ticarət mərkəzinin və “Four Seasons” otelinin bir hissəsinin mülkiyyət hüququnun dövlətə verilməsini istəyir.

“Four Seasons” oteli Sovet dövrünün ən məşhur otellərindən biri olan, Stalin dövründə tikilmiş “Moskva”nın özəlləşdirilməsi və tam təmiri ilə açılıb.

Əvvəllər iş adamlarının neft sahəsindəki aktivləri də milliləşdirilib. RBC yazır ki, “Ohotnıy Ryad”dakı 2 nömrəli 35 min kvadratmetrlik bina aprelin 3-də müsadirə olunub.

Bir vaxtlar Moskvada çoxlu kommersiya daşınmaz əmlakına sahib olan və neft yatağına sərmayələr yatırmış Aleksey Hotin mənimsəmə ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Oxunma sayı 35