Yazını böyüt
Yazını kiçilt
Krım dondurmasının ilk partiyası Ermənistana göndərilib. Hafta.az xəbər verir ki, Cənub Regional İxraca Dəstək Mərkəzinin rəhbəri Kseniya Slutskaya bildirib.
"Biz həmişə Çinə ixrac edilən yalnız bir dondurma ilə fəxr etmişik. Bu il ilk dəfə olaraq mərkəzin dəstəyi ilə başqa brend dondurmamızın sınaq partiyası Ermənistana yola düşdü. Yəni, biz coğrafiyamızı genişləndiririk”, - Kriminform onun sözlərindən sitat gətirib.
Qeyd edək ki, 2019-cu ilin yayında Krım dondurmanın ilk partiyasını Çinə göndərib. İki ildən az müddətdə buradan 20 tondan çox dondurma ixrac edib.