“Krımı 2 həftəyə işğaldan xilas edə bilərik” - Yevgen Bekrenev

09:05 25.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyatçısı və hərbi ekspert Yevgen Bekrenev bəyan edib ki, Qərbin müəyyən dəstəyi ilə Ukrayna ordusu Krımı cəmi 2 həftəyə Rusiyanın işğalından azad edə bilər.

Hafta.az-ın yazdığına görə, ukraynalı jurnalist Nataliya Moseyçuka müsahibəsində Krımın Rusiya işğalından azad edilməsinin mümkünlüyünü qiymətləndirən Yevgen Bekrenev bu sözləri deyib: “Əgər F-16 döyüş təyyarələrini bizə göndərsələr və bu təyyarələri idarə etmək üçün pilot işlətməyə icazə versələr; həmçinin bu F-16-lar üçün yaxşı sursat təmin etsələr, Krımın işğalı 2 həftə ərzində başa çatacaq”.

Ukraynalı zabit öz qiymətləndirməsində onu da bildirib ki, ölkənin cənubunda üstünlük səmaya nəzarət edənlərin əlindədir.