Kubada benzin qıtlığı səbəbindən paytaxt Havanadakı İnqilab Meydanında hər il keçirilən 1 May Əmək Bayramı bu il ləğv edilib.
Hafta.az-ın "Merco Press"ə istinadən yazdığına görə, Kuba Mərkəzi Birliyinin baş katibi Ulises Guilarte de Nacimiento bildirib ki, ölkədəki iqtisadi böhran və yanacaq təchizatı problemi səbəbindən İnqilab meydanında ənənəvi Əmək Bayramı təntənələri keçirilə bilməz.
Nacimiento açıqlamasında paytaxtda böyük nümayişlər yerinə bələdiyyələr tərəfindən kiçikmiqyaslı yürüşlərin təşkil ediləcəyini bildirib.
Kuba Kommunist Partiyasının üzvü Nacimiento da Havanadakı məşhur Malekon gəzinti yolunda yürüşlərin keçiriləcəyini bildirib. Birlik lideri bəyan edib ki, Kuba xalqı 1 May tədbirlərində “müqavimət əzmi ilə ölkənin iqtisadi və sosial inkişafına töhfə vermək əzmini” nümayiş etdirəcək.
Təşkilatlarda yaradılacaq platformaların ABŞ-ın ölkəyə tətbiq etdiyi embarqolara diqqət yetirəcəyini və Vaşinqton rəhbərliyini Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarmağa çağıracağını bildirib.
Bu arada qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama 2015-ci ildə Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb. Lakin Donald Tramp administrasiyası 2021-ci ildə Kubanı yenidən həmin siyahıya salıb.
Digər tərəfdən, 2024-cü il seçkilərində yenidən namizəd olacaq ABŞ prezidenti Co Bayden Kubanı siyahıda saxlamağa davam edib və bu sərt reaksiyaya səbəb olub. Havana administrasiyası ilə yanaşı, Avropa İttifaqı da ölkənin terroru dəstəkləyən dövlətlərin siyahısından çıxarılmasını tələb edib.
1959-cu il Kuba İnqilabından bəri hər il keçirilən 1 May tədbirləri üçün səlahiyyətlilər xalqı bir yerə toplamaq üçün ölkənin müxtəlif nöqtələrindən Havanaya çoxlu avtobus xidmətləri təşkil edir.
"Covid-19" pandemiyası səbəbindən 2020 və 2021-ci illərdə də tədbirlər ləğv olunub.
İllərdir enerji böhranı ilə mübarizə aparan Kubada yanacaq təchizatı problemi ilə yanaşı, elektrik enerjisinin kəsintiləri də var. Ölkənin ən azı 5 universiteti onlayn tədrisə keçib, bazar günü Kuba Milli Simfonik Orkestrinin konserti ləğv edilib.
Prezident Migel Diaz-Kanel ötən həftə Xalq Hakimiyyəti Milli Assambleyasının sessiyasında deputatların 97,66 faizinin dəstəyi ilə yenidən seçilib. O, seçildikdən sonra verdiyi açıqlamada böhranın davam edəcəyini gözlədiklərini və toparlanma formulunu açıqlamadıqlarını bildirib.
2021-ci ilin iyul ayında embarqoların və "Kovid-19"un yaratdığı problemlər səbəbindən ölkə tarixində ən böyük etirazlar başlayıb. Fəallar “Acıq”, “Azadlıq” və “Rədd olsun diktatura” şüarları səsləndirərək küçələrə çıxıb.