Küləklə bağlı sarı xəbərdarlıq edilib

17:20 10.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, sinoptiklərin məlumatına görə, Naxçıvan MR, Gəncə, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Ağdam, Bərdə, Mingəçevir, Yevlax, Şabran, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.