Yazını böyüt
Yazını kiçilt
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hafta.az xəbər verir ki, "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşıda hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisə zamanı "KamAZ" markalı yük maşını yoldan çıxaraq aşıb.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda faktla bağlı araşdırma aparılır.