Yazını böyüt
Yazını kiçilt
Serb rejissor Emir Kusturitsa Dostoyevskinin "İdiot" və "Cinayət və Cəza" romanlarını birləşdirərək vahid adaptasiyada kino çəkəcəyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, məşhur rejissor filmin adını “Cəzasız cinayət” kimi açıqlayıb.
Filmin çəkilişləri Serbiya və Sankt Peterburqda aparılacaq. Payızda verdiyi açıqlamada Kusturitsa filmi rus dilində çəkəcəyini bildirib.
Dostoyevskini uyğunlaşdırdıqdan sonra Kusturitsa Rusiyanın ən məşhur yazıçılarından biri olan Yevgeni Vodolazkinin "Laurus" romanı əsasında da kino çəkməyi düşünür.