Laçında şəhid olan hərbçimiz Vidadi Zalovla vida mərasimi keçirilir

11:20 12.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Vidadi Nizami oğlu Zalovla vida mərasimi keçirilir.

Hafta.az xəbər verir ki, şəhidin nəşi Abşeron rayonunun Saray qəsəbəsindəki evinə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhid Saray qəsəbəsində dəfn olunacaq.