Lənkəranda qadın doğuş zamanı öldü

10:40 16.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəranda qadın doğuş zamanı dünyası dəyişib.

 

Hafta.az Report-a istinadən xəbər verir ki, Astara rayonunun Rüdəkənar kənd sakini, 1996-cı il təvəllüdlü Elmirə Əhədli Lənkəran Regional Perinatal Mərkəzində doğuşdan sonra ölüb.

 

Belə ki, E.Əhədli müayinə olunduqdan sonra körpəsini dünyaya gətirmək üçün 3-cü dəfə qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan bir saat sonra xəstənin vəziyyəti pisləşib və dünyasını dəyişib.

 

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma başlanılıb.

Oxunma sayı 107