Yazını böyüt
Yazını kiçilt
Lənkəranda yaşayış olmayan evdən kişi meyiti aşkarlanıb.
Hafta.az apa-ya istinadən xəbər verir ki, rayonun Nərimanabad qəsəbəsində yaşayış olmayan evdən keçən aydan itkin düşmüş şəxsin meyiti tapılıb.
Ölənin 1983-cü il təvəllüdlü qəsəbə sakini Elşən Məmmədova aid olduğu müəyyən edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.