Lerikdə zəlzələ olub

15:03 27.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerikdə zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, təkanlar yerli vaxtla saat 14:28-də Yardımlı stansiyasından 25 km cənub-şərqdə, Lerik rayonunda qeydə alınıb. Dərinliyi 13 kilometr, maqnitudası 3,1 bal olan zəlzələ hiss olunmayıb.