Lerikdə zəlzələ olub

17:07 11.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerikdə zəlzələ baş verib.

Bu barədə hafta.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:17-də Lənkəran stansiyasından 16 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 17 km olub. Zəlzələ hiss olunmayıb.