Levon Ter-Petrosyan mənə dedi ki, torpaqları Azərbaycana geri ver, amma sonra...

19:22 27.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin yaxşı həll yollarının olduğunu bəyan edən Ermənistanın bütün keçmiş prezidentlərinin niyə bu məsələni həll etmədiyini başa düşə bilmir.

“Biz qərar verərdik, yoldaşlar! İndi niyə gəlib hamıya başa salırsız ki, 1993, 1994, 2002, 2007, 2013, 2018-ci illərdə nə olmalı idi? İndi mən onların hamısını xəyanətdə və fərarilikdə günahlandıra bilərəmmi ki, onların çoxlu yaxşı variantları var idi, amma qərar vermədilər?"

Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin yazdığına görə, bunu Nikol Paşinyan bu gün 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında deyib.

Paşinyan deyib ki, baş nazir vəzifəsinə gəldikdən sonra birinci prezident Levon Ter-Petrosyanla görüşəndə o, ​torpaqları Azərbaycana geri verməsini deyib.

“Sonradan birinci prezidentin mənə nə dediyini soruşdular. Cavab verdim, o  dedi ki,  torpaqları ver, amma sonra inkar etdilər. İndi mənim imkanım vardı ki, deyim,  Levon Ter-Petrosyan dedi ki, torpaqları geri ver, amma onlar bunu inkar etdilər və mən haqsız çıxdım”, - deyə Paşinyan bildirib.