Yazını böyüt
Yazını kiçilt
Litva Litva və Polşanın Belarusla sərhədlərində miqrasiya böhranına səbəb olan Aleksandr Lukaşenko ilə danışıqlara başlamalıdır.
Hafta.az xəbər verir ki, bu fikirləri BBC-yə müsahibəsində Litva prezidenti Gitanas Nauseda bildirib.
“Düşünürəm ki, Angela Merkelin etdiyi kimi, cənab Lukaşenko ilə əlaqə saxlamaqla böhranı həll etmək imkanları var. Biz sərhəddə baş verənlərə görə məsuliyyət daşıyan şəxslə danışmalıyıq”, - Litva rəhbəri deyib.
Onun sözlərinə görə, Belarusla bu böhranın yaratdığı humanitar problemlər barədə də danışmaq lazımdır.
“Biz bu insanların Almaniyaya getməsinə imkan verməməyə çalışırıq. Biz Aİ-ni qorumaq üçün əlimizdən gələni etməyə çalışırıq”, - deyə Litva rəhbəri bildirib.