Litva prezidenti qalmaqala düşüb

17:58 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Litva prezidenti Gitanas Nauseda qalmaqalın mərkəzindədir. Litvalı jurnalist Dovydas Pancerovas arxiv sənədlərini dərc edib, ona görə Nauseda 1988-ci ilin iyununda Sov.İKP üzvlüyünə qəbul edilib. Eyni zamanda, o, 2019-cu ildə Litva prezidentliyinə namizədliyini irəli sürərkən bu faktı gizlədib, Litva mediası yazır.

Jurnalist sosial şəbəkələrdə yazıb ki, Nausedanın “İKP-yə qəbul olunmaq üçün ərizəsi 1988-ci il mayın 20-də verilib, partiya bileti isə 27 iyun 1988-ci ildə verilib”. O, müvafiq sənədləri Litvanın xüsusi arxivindən tapdığını iddia edir. Onun sözlərinə görə, “sözün əsl mənasında ötən gün” xüsusi arxiv “müəyyən şəxslərin siyahısını, eləcə də digər işlərin xülasəsini dərc etmək qərarına gəlib”. Məhz o zaman “bu sahənin mütəxəssisləri Litva Kommunist Partiyasının arxivində prezident Nausedanın sənədlərinin olduğunu gördülər və diqqətimizi çəkdilər”.