Litva parlamenti çərşənbə axşamı PMC Wagner-i terror təşkilatı elan edib. Bu barədə Litva parlamentinin saytında məlumat verilib. Seymin 117 üzvü yekdilliklə yeni qətnamənin lehinə səs verib.
“2022-ci ildə Rusiya Federasiyasının Ukraynaya silahlı müdaxiləsindən sonra Rusiya hərbçiləri və “Vaqner PMC” muzdluları sistematik olaraq ağır cinayətlər törədirlər: Ukraynanın dinc əhalisini öldürmək və işgəncə vermək, yaşayış binalarını və digər mülki obyektləri bombalamaq, bu da terrorizmə bərabər tutulur”, qəbul edilmiş sənəddə deyilir.
Seym xatırladır ki, PMC-nin sahibi Rusiya prezidentinə yaxın olan iş adamı Yevgeni Priqojindir.
Həmçinin Seymin qətnaməsində qeyd olunur ki, Vaqner PMC Rusiya hökumətindən pulsuz hərbi texnika alır: Qrad kompleksləri, tanklar, zirehli maşınlar, həmçinin Rusiya hərbi infrastrukturundan istifadə edir, şirkətin döyüşçüləri Rusiya hərbi kəşfiyyatında (QRU) təlim keçir.
Daha əvvəl PMC "Vaqner" ABŞ və Estoniya tərəfindən terror təşkilatı elan edilib.