Yazını böyüt
Yazını kiçilt
Litva Ukraynaya 41 milyon avro dəyərində yeni hərbi yardım paketi göndərəcək, bu barədə Litvanın müdafiə naziri Arvydas Anusauskas öz Twitter səhifəsində yazıb.
Nazirin sözlərinə görə, yeni yardım paketinə “avadanlıq və beynəlxalq fondlara töhfələr daxil olacaq”. Bu barədə məlumat Anusauskasın Ukraynaya səfərindən sonra dərc olunub.
Daha əvvəl Anusauskas bildirmişdi ki, ölkənin kommersiya bankları üçün həmrəylik töhfəsinin tətbiqi nəticəsində toplanan pullar hərbi mobilliyin artırılmasına yönəldiləcək.
Respublikanın Müdafiə Nazirliyi Litva Maliyyə Nazirliyinin bu təşəbbüsünü dəstəkləyir.