Litvada koronavirusdan ölənlərin 40 faizi peyvənd olunub

14:03 12.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Litvada koronavirusdan son sutka ərzində ölənlərin 40%-i peyvənd olunub. Bu barədə Sputnik Litva Statistika Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Statistika Departamentinin mətbuat xidməti bildirib ki, Litvada sutka ərzində 2639 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Pandemiyanın başlandığı gündən ölkədə 436 min 690 yoluxma halı təsdiqlənib. Hazırda 29 min 543 nəfər xəstə var, 392 min 588 nəfər sağalıb, 38 min 883 sakin təcrid olunub”, - Sputnik Litva yazır.

Agentliyin məlumatına görə, Litvada 1 milyon 831 min 330 sakin vaksinin ən azı bir dozası ilə peyvənd olunub. 1 milyon 616 min 38 nəfər tam peyvənd olunub. Litvanın 6251 sakini pandemiyanın qurbanı olub.

“Litvada sutka ərzində COVID-19-dan 25 nəfər ölüb. 50-59 yaş qrupunda üç, 60-69 və 80-89 yaş qruplarında yeddi, 70-79 yaş qrupunda isə səkkiz ölüm halı qeydə alınıb. Onlardan on nəfərə tam sxem üzrə peyvənd vurulub”, - mənbə qeyd edir.

Hazırda Litvada COVID-19-a qarşı üç dərman vasitəsi ilə peyvənd edilir: Moderna, Comirnaty, AstraZeneca/virtualaz.org