Litvalı diplomat Azərbaycanın Moldovadakı səfirliyini ziyarət edib

18:00 25.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Bu gün Litvanın Moldovadakı yeni səfiri Tadas Valionis Azərbaycan səfirliyini ziyarət edib.
 
Hafta.az-ın yazdığına görə, qonaq əvvəlcə səfirlikdən kənardakı meydanda qoyulmuş Ulu öndər Heydər Əliyevin büst-abidəsinin önünə gül dəstələri düzüb, həmçinin böyük dövlət adamı haqqında xoş sözlər söyləyib, Ümummilli liderə ehtiramını bildirib.
 
 
Cənab Valionis təmir-bərpadan sonra səfirliyimizin binası və ətrafındakı ərazi ilə tanış olub.
 
Tadas Valionislə Azərbaycan səfiri Qüdsi Osmanov arasında keçirilmiş görüşdə Litva - Azərbaycan münasibətləri və regiondakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.