Lökbatanda növbəti “Abad məhəllə” sakinlərin istifadəsinə verilib - FOTO

13:42 15.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, abad məhəllələr salınır, küçələr yenidən qurulur.

Hafta.az-ın məlumatına görə, rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır.

Lökbatan qəsəbəsində Seymur Orucov küçəsi, 1 saylı binanın həyətində salınmış növbəti abad məhəllə istifadəyə verilib.

Ətraf ərazilər abadlaşdırılmış, yeni yaşıllıq zolaqları salınmış, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırılıb. Ətrafda olan çoxmərtəbəli yaşayış binaların fasadları və giriş qəfəsləri təmir edilib. Şüşələnmə və boyaq işləri görülmüş, binaların həyətində asfalt örtüyü salınıb və küçə işıqları quraşdırılıb, binaların dam örtüyü də yenilənib.

Qeyd edək ki, ərazidə 2 ədəd kölgəlik, 1 ədəd uşaqlar üçün sürüşkən, 2 ədəd yelləncək tərəzi quraşdırılıb. Abadlaşdırılan ərazidə 100 metr yeni su xətti çəkilib, 30 ədəd müxtəlif ağaclar əkilib, 300 kvadratmetr qazon salınıb. Ətraf ərazinin yollarının təmiri məqsədilə 2200 kvadratmetr asfalt örtüyü döşənib və üzərində yol hərəkəti qaydalarını müəyyənləşdirən xətlər çəkilib. 650 kvadratmetr divar hörülüb, 800 kvadratmetr suvaq işi görülüb, 6 ədəd küçə işığı quraşdırılıb, 664 kvadratmetr aqlay salınıb, 319 kvadratmetr bordür tikilib.

Abadlaşdırılma işləri çərçivəsində ətrafda olan çoxmərtəbəli yaşayış binalarında 2600 kvadratmetr rənglənmə işləri aparılıb.