Lukaşenkonun naməlum virusa yoluxduğu bəlli oldu... - ”Xırıldamağa başlayıb...”

16:02 14.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Belarusun diktator prezidenti Aleksandr Lukaşenko virusa yoluxub və bu virus artıq onun bir neçə qohumunda da aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Lukaşenkonun bayraq və gerb gününün qeyd edilməsində iştirak etməməsinə diqqət çəkən yerli “Naşa Niva” nəşri yazıb.

Məlumata görə, sözügedən tədbirə baş nazir Roman Qolovçenko başçılıq edib.

"Onun ətrafından daha bir neçə nəfər xəstələnib və yatağa yıxılıb. Mən başa düşdüyümə görə, bu, nə isə virusa yoluxmaqla bağlıdır", - deyə Lukaşenkonun protokol xidmətinə yaxın mənbə bildirib.

Məqalə müəllifləri bu versiyanın lehinə başqa bir arqument kimi hesab edirlər ki, mayın 5-də Lukaşenko dövlət aparatının nümayəndələrinə mükafatlar təqdim edərkən artıq xırıldamağa başlayıb.

"Əgər bu, qripdirsə, düzgün müalicə olunmasa, fəsadlar ola bilər. Biz belə düşünürük", - deyə mənbə izah edib.

Xatırladılır ki, mayın 9-da Moskvada keçirilən paradda Lukaşenko xəstələnib və həkim briqadası çağırılıb, sonra o, evə göndərilib. Minskdə siyasətçi axsayaraq jurnalistlərin qarşısına çıxıb. Jurnalistlər qeyd ediblər ki, belarus diktatoru mayın əvvəlindən, demək olar ki, ictimaiyyət qarşısına çıxmayıb və bu yaxınlarda Drozdı şəhərindəki prezident klinikasına baş çəkib.

KİV-in məlumatına görə, Lukaşenkonun orqanizmində endokrin sistem və ürək xəstəliklərinə səbəb olan ciddi nasazlıq baş verib. Moskvadan, xüsusən Bakulev mərkəzinin həkimləri Lukaşenkonu müalicə etmək üçün dəfələrlə Minskə uçublar.