“Macarıstan şirkətləri Azərbaycanda neft və qaz sahələrində paya sahibdirlər” - Peter Siyarto

08:42 07.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Brüsseldə verilən ikiüzlü və səhv qərarlara görə, Avropa illərdir enerji böhranı yaşayır. Brüssel təhlükəsiz enerji təchizatı məsələsini ideoloji suala çevirib, enerji mənbələrini və nəqliyyat yollarını siyasi əsaslarla kəsir”.

Hafta.az-ın yazdığına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Nazirin sözlərinə görə, Macarıstanda təhlükəsiz enerji təchizatını qorumaq və geriləməni azaltmaq üçün hökumət sadiq əməkdaşlıqlara davam etmək şərti ilə, həm də yeni enerji mənbələri axtarışındadır. O cümlədən, Türk dünyası bu strateji missiyada Budapeştin əsas müttəfiqlərindən biridir.

“Türklərin qaz ixrac etdiyi Türkiyəyə qonşu olmayan ilk ölkə olduq. Macarıstan enerji şirkətləri Azərbaycanda ən vacib təbii qaz və neft sahələrində paya sahibdir. Bu il Qazaxıstandan 600 min ton neft idxal edəcəyik, Özbəkistanda isə tikiləcək atom elektrik stansiyasının inşası üçün Macarıstan texnologiyasından istifadə ediləcək”, - deyən XİN başçısı sözlərini bu fikirlərlə tamamlayıb:

“Macarıstan - Türkiyə enerji əməkdaşlığının daha da uğurlu olması üçün var qüvvəmizlə çalışmağa davam edəcəyik”.