Macarıstandan Ukrayna-Aİ danışıqları ilə bağlı tələb

11:27 12.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Aİ üzvlüyünə hazırlanması ilə bağlı qərar altı ay təxirə salınmalı və Avropa İttifaqından Kiyevə hər hansı yardım onun büdcəsindən gəlməməlidir. Financial Times xəbər verir ki, bu fikri Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Bok deyib.

“Nazir Yanoş Bok nəşrə bildirib ki, Macarıstan israr edir ki, Ukraynaya hər hansı yardım Aİ-nin birgə büdcəsindən gələ bilməz və üzvlük danışıqları ilə bağlı qərar iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərə qədər gözləməlidir”.

Bok onu da əlavə edib ki, Macarıstan bu mövqedən əl çəkmək niyyətində deyil.