“Mad Max” serialı ilə tanınan Corc Millerin maraqla gözlənilən yeni filmi “Furiosa: A Mad Max Saga” Kanndakı premyerasından sonra bütün dünya kinoteatrlarında nümayiş etdirilməyə davam edir.
Hafta.az-ın “Koimoi” saytına istinadən yazdığına görə, aksiya dastanı ABŞ-da kassada pis nəticə göstərsə də, Yaponiyada fırtınalı başlayıb.
Baş rollarda 28 yaşlı Anya Taylor Coy və Kris Hemsvortun çəkildiyi film yeni çığır açmağı bacarıb. “Furiosa” 2024-cü ildə Yaponiyada bu uğura nail olan ilk Hollivud filmi olmaqla, kassa siyahılarında bir nömrədə debüt edib.
2015-ci ildə distopiya xarakterli “Mad Max: Fury Road” filminin prequeli olan spinopff filmində 40 yaşlı avstraliyalı aktyor Hemsvort cani, Coy isə filmə adını verən qəhrəmanı canlandırır.
Filmin köməkçi aktyorları arasında Çarli Fraser, Nathan Cons, Tom Burk və Laçi Hulme var.
Tənqidçilərdən aldığı bütün yüksək rəylərə baxmayaraq, qisas filmi kassada gözləniləndən az gəlir əldə edib.
Ən son kassa hesabatına görə, “Furiosa: A Mad Max Epic” ABŞ-da nümayiş olunduğu tarixdən bir həftə sonra, mayın 31-də Yaponiyada açılıb. Film açılış günündə 520 min dollar qazanıb və ertəsi gün ümumi gəlirinə daha 910 min dollar əlavə edib. Beləliklə, “Furiosa” iki gündə 1,4 milyon dollar qazana bilib.
Film bazar günü gəliri ilə Yaponiyanın kassasında 2 milyon dolları keçib. Bu, “Furiosa”nın dünya üzrə ümumi gəlirinin 114 milyon dolları keçməsinə imkan verib.
Filmin 2024-cü ildə Yapon kassasında bunu edən ilk Amerika filmi olmaqla, hit-paradlarda bir nömrədə debüt etdiyi bildirilir.
Aksiya epikası Cənubi Koreyada da uğur qazanıb, burada o, kassada bir nömrə olaraq qalır və 8,2 milyon dollar gəlir götürüb.
“Furiosa” iyunun 7-də Çində də ekranlara çıxacaq.