Mağazadan 4 min manatlıq ətir oğurlanıb

12:51 28.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəsimi rayonu ərazisindəki bir mağazadan 517 manat pul və 4320 manat dəyərində ətirin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Cəlilabad rayon sakini Səyyad Həmidov saxlanılıb.
Araşdırma aparılır.