Magistraturaya imtahan verənlərin yarısı 50-dən çox bal toplayıb

14:10 01.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il bakalavrların yarısının magistraturaya qəbul imtahanlarında topladığı bal 50-dən yüksək (median 50.84) olub.

 

Hafta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı təqdim etdiyi statistik göstəricilərdə məlumat verilib.

 

Bildirilib ki, ötən il bu göstərici 50 baldan aşağı (median 49.61) idi. Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil edib.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanları bu il də 2 dəfə - fevralın 20-də və mayın 29-da keçirilib.

Oxunma sayı 156