Makron Putinlə danışmaqla vaxt itirəcək - Zelenski

15:15 20.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransa prezidenti Emmanuel Makron Rusiya ilə istənilən dialoqu faydasız hesab edərək vaxt itirir.

Bu fikirləri İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Belə ki, o, Makronun Rusiyanı “məğlub edilməli, amma məğlub olmamalı” və Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həll edilməsi ilə bağlı bəyanatını şərh edib.

“Bu, faydasız bir dialoq olacaq, əslində Makron vaxtını itirir. Mən belə qənaətə gəldim ki, biz Rusiyanın mövqeyini dəyişməkdə acizik. Əgər onlar köhnə sovet imperiyasını bərpa etmək arzusunda özlərini təcrid etmək qərarına gəlsələr, bununla bağlı heç nə edə bilmərik, xalqlar birliyi ilə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edib-etməmək onların işidir”, - deyə Ukrayna lideri bildirib.