Makrondan Zaporojye AES açıqlaması

19:55 05.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransa prezidenti Emmanuel Makron Zaporojye atom elektrik stansiyasının ərazisini demilitarizasiya etməyə çağırıb. Hafta.az bildirir ki, bu barədə Yelisey sarayında Fransa lideri ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığından sonra bildirilib.

Söhbət zamanı Zaporojye Atom Elektrik Stansiyasında vəziyyət nəzərdən keçirilib. "Fransa prezidenti atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsinin təcili zəruriliyini vurğulayıb, buna yalnız Rusiya qüvvələrinin çıxarılması ilə nail olmaq olar", - Fransa liderinin administrasiyası bildirib.