Yazını böyüt
Yazını kiçilt
“Reuters” anonim mənbəyə və Aİ-nin daxili sənədinə istinadən yazır ki, Yunanıstan və Malta sanksiyalara görə dondurulan Rusiya aktivlərinin həcminə görə digər Aİ ölkələrindən geri qalır.
Nəşr qeyd edir ki, Aİ dövlətləri Rusiyanın 20 milyard avrodan çox, İtaliya, Fransa, Almaniya, İrlandiya, İspaniya, Belçika, Avstriya və Lüksemburqda 1 milyard avrodan çox aktivlərini dondurub.
Amma Yunanıstan yalnız 212.000 avro, Malta isə 147 min avronu dondurub.
“Bir az təəccüblüdür. Ya orada çox şeyləri yoxdur, ya da işlərini görmürlər. Yaxud onlar nəsə etdilər, amma imkanları olsa da, bizə demədilər "deyə anonimlik şərti ilə Reuters agentliyinə Aİ rəsmiləri arasında olan mənbə bildirib.