Yazını böyüt
Yazını kiçilt
Mariupol şəhər məclisi Rusiyanın işğalına, həbs və işgəncə riskinə baxmayaraq Mariupol küçələrinə Ukrayna bayrağı ilə çıxan igid gəncin fotosunu nümayiş etdirib.
Hafta.az xəbər verir ki, bu haqda Mariupol şəhər məclisi teleqram-kanalında məlumat yayıb.
"Mariupol işğal olunsa da, təslim olmur. Gənc Ukrayna bayrağı ilə raşistlərin bombaladığı dram teatrı binasının yaxınlığındakı meydana çıxıb. O zaman ki, hətta ukrayın dilində danışdığın üçün də həbsə girə bilərsən, bunu etmək əsl cəsarətdir.
On minlərlə insan hələ də şəhəri tərk edə bilmir. Amma onlar gözləyirlər və arzulayırlar ki, tezliklə Mariupol yenidən Ukraynanın olacaq”- məlumatda belə deyilir.