Masallıda ər arvadını öldürdü

09:39 07.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallı rayon Təzə Alvadı kənd sakini Sədaqət Səfərovanın yaşadığı kəndin ərazisində çoxsaylı bıçaq xəsarətlərindən ölməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən hafta.az-a bildirilib ki, aralarında yaranmış mübahisə nəticəsində qətlin onun həyat yoldaşı Gülağa Bəndəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

G.Bəndəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.