Maşından 22 minlik oğurluq edildi

13:53 04.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-nə keçən gecə şəhər ərazisində “QAZ-29” markalı bir avtomobildən 21330 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Keçirilən əməliyyatla şəhər sakini, əvvəllər məhkum olunmuş C.Allahverdiyev saxlanılıb.

 

Oxunma sayı 532