Mebel sexində yanğın olub

17:18 22.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada mebel sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, rayonun Timiryazev kəndində ümumi sahəsi 700 m² olan fəaliyyət göstərməyən mebel sexinin talvarının taxta atmaları 150 m² sahədə və içərisinə yığılan 20 ədəd taxta tara yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.