Mədəniyyət naziri koronavirusa yoluxub - Səhiyyə Nazirliyi

10:22 10.03.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransanın Mədəniyyət naziri Frank Riester də koronavirisa tutulub.

Hafta.az Riesterin ötən həftə Milli Məclisdə görüş keçirdiyini və virusa orada yoluxa biləcəyini yazır. Çünki məhz Frabnsa parlamentində 5 millət vəkilinin adıçəkilən virusa yoluxduğu məlumdur. 

Bu arada, Fransa Səhiyyə Nazirliyinin şöbə müdiri Cerome Salomon keçirdiyi mətbuat konfransında deyib ki, ölkədə Covid-19 səbəbilə həyatını itirənlərin sayı 25-ə yüksəlib. Ümymilikdə virusa yoluxanların sayı isə 286 nəfər artaraq 1412-yə çıxıb. Hansı ki, onlardan 66-sının vəziyyəti son dərəcə ağırdır. Nazirliyin rəsmisi deyib ki, hazırda koronavirus səbəbilə Fransada 157 xəstəxana ixtisaslaşdırılıb.